Обращения могут предоставляться всеми лицами на русском, казахском и английском языках посредством следующих каналов связи:
- по телефонному номеру 8 800 080 4747. (Звонок на территории РК бесплатный);
либо
- на электронную почту mail@sk-hotline.kz; либо
- через интернет-портал www.sk-hotline.kz; либо
- через WhatsApp Мессенджер с номером +7 771 191 8816.
Ответственные лица по закупкам:
По всем вопросам, связанным с процедурами закупок товаров, работ, услуг можно обращаться по телефонам и электронным адресам:
Телефон: +7 (7172) 97-59-57, e.tautayev@kmgds.kmg.kz
Для соискателей:
Если вас интересует работа в нашей компании, просим высылать резюме на электронный адрес E-mail:
Электронная почта доверия: doverie@kmgds.kmg.kz
Телефон доверия: +7 (7172) 97-59-26
“Samruk-Kazına” Milli Rifah Fondu SC-nin qaynar xətti
"Samruk-Kazına” Milli Rifah Fondu SC dürüstlük, şəffaflıq və doğruluq prinsiplərinə sadiqlik nümayiş etdirən korporativ mədəniyyətin inkişafına və saxlanmasına xüsusi diqqət yetirir.
Şirkətin müsbət imicini gələcəkdə də qoruyub saxlamaq üçün saxtakarlıq, korrupsiya, ayrı-seçkilik, qeyri-etik davranış və KMG şirkətlər qrupunun fəaliyyəti ilə bağlı digər pozuntu halları daxil olmaqla qanunvericiliyin və/və ya İşgüzar Davranış Kodeksinin pozulmasının vaxtında aşkarlanması və qarşısının alınması üçün Qaynar Xəttin işə salındığı barədə məlumat verməyə son dərəcə şadıq.
Qaynar xətt KPMG şirkətinin müstəqil operatoru tərəfindən aşağıdakı prinsiplər əsasında idarə olunur:
- məxfilik və anonimlik (müraciət edən şəxsin istəyinə əsasən); və
- sonradan Şirkətin məsul şəxslərinə təqdim olunmaqla müraciətlərin qeydiyyatı və 100% işlənməsi.
Müraciətlər bütün şəxslər tərəfindən aşağıdakı əlaqə kanalları vasitəsilə rus, qazax və ingilis dillərində təqdim oluna bilər:
§ 8 800 080 4747 telefon nömrəsi ilə (Qazaxıstan Respublikası daxilində zənglər ödənişsizdir); yaxud
§ mail@sk-hotline.kz elektron poçt ünvanına; yaxud
§ www.sk-hotline.kz İnternet portalı vasitəsilə; yaxud
§ +7 771 191 8816 nömrəsi ilə WhatsApp Messenger vasitəsilə.
Qaynar xətt fasiləsiz olaraq 24/7 rejimində işləyir. Bu halda, telefon danışıqları bazar ertəsindən cümə gününə qədər saat 09:00-dan 18:00-dək Operator tərəfindən qəbul edilir. Qalan vaxtlarda (bayram/həftəsonu daxil olmaqla), telefon müraciətləri onları qeyd etmək imkanına malik avtomat-cavablandırıcıya ötürülür. İş saatları xaricində daxil olan müraciətlərin işlənməsi müraciət alındıqdan sonra ilk iş günü yerinə yetirilir.
Qaynar xətt həm Şirkətin işçiləri, həm də Şirkətlə qarşılıqlı fəaliyyətdə olan üçüncü şəxslər (müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflər) üçün əlçatandır.
Məxfiliyin və anonimliyin təmin edilməsi üçün bütün daxil olan müraciətlər hər gün daxil olan müraciətlər barədə məlumatı KMG şirkətinin Komplayens Xidmətinə təqdim edən kənar müstəqil Operator tərəfindən qəbul edilir və işlənir.
Müraciət edən zaman məlumatlarınızın açıqlanmamasını istəyirsinizsə, onlar qeydiyyata alınmayacaq və Şirkətə təqdim edilməyəcəkdir. Bununla belə, müraciətinizin daha səmərəli və vaxtında işlənməsi üçün əlaqə məlumatlarınızı təqdim etməyiniz xahiş olunacaqdır. Bu zaman, Qaynar Xətlə əlaqə saxlamaqla Siz şəxsi məlumatlarınızın kənar müstəqil Operatorun işçiləri tərəfindən işlənməsinə və alınan məlumatların müraciətinizin peşəkarcasına və məxfi şəkildə baxılmasını təmin edəcək Şirkətin məsul işçilərinə ötürülməsinə razılıq vermiş olursunuz.
Əməkdaşlığa və dəstəyə görə Sizə təşəkkür edirik!
QEYD:
Qaynar xətt, yalnız saxtakarlıq, korrupsiya, ayrı-seçkilik, qeyri-etik davranış və Şirkətin fəaliyyəti ilə bağlı digər pozuntu halları daxil olmaqla, qanunvericiliyin və/və ya İşgüzar Davranış Kodeksinin pozulması halları ilə əlaqədar müraciətləri qəbul etmək üçündür.
Vacibdir! Qaynar xətt işçilərə və tərəfdaşlara təzyiq göstərmək və/və ya onları müəyyən hərəkətləri etməyə/onlardan çəkindirməyə sövq etmək üçün istifadə edilməməli və şəxsi haqq-hesab çəkmək vasitəsi kimi qəbul edilməməlidir.